"Bakı Fond Birjası"nın Müşahidə Şurasına və Audit Komitəsinə yeni üzvlər seçilib

"Bakı Fond Birjası"nın Müşahidə Şurasına və Audit Komitəsinə yeni üzvlər seçilib Ötən il dekabrın 20-də “Bakı Fond Birjası” QSC-nin (BFB) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.
Maliyyə
9 Yanvar , 2020 12:40
Bakı Fond Birjasının Müşahidə Şurasına və Audit Komitəsinə yeni üzvlər seçilib

Ötən il dekabrın 20-də “Bakı Fond Birjası” QSC-nin (BFB) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.

"Report" BFB-yə istinadən xəbər verir ki, yığıncaqda qurumun 2020-ci il üzrə büdcə layihəsi təsdiq olunub.

Bundan başqa, Cəmiyyətin Müşahidə Şurasının (MŞ) və Audit Komitəsinin (AK) tərkibində dəyişikliklər edilib. Belə ki, "Unibank" ASC-nin Risklərin idarə edilməsi departamentinin direktoru Tural Həsənov, "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-nin 26,02%-lik səhmdarı Ceyhun Abdullayev və "Azər-Türk Bank" ASC-nin Xəzinədarlıq departamentinin direktoru İlqar Yusibov MŞ-ya, Namiq Qədirov isə AK-ya yeni üzv seçilib. 

Son xəbərlər

Orphus sistemi