BFB-də market-meyker fəaliyyətinə olan tələblər sadələşdirilib

BFB-də market-meyker fəaliyyətinə olan tələblər sadələşdirilib ​"BFB-nin market-meyker fəaliyyətinə dair daxili Qaydalar"a düzəlişlər qüvvəyə minib
Maliyyə
23 Dekabr , 2015 17:53
BFB-də market-meyker fəaliyyətinə olan tələblər sadələşdirilib

Bakı. 23 dekabr. REPORT.AZ/ Azərbaycanda "Bakı Fond Birjasında (BFB) market-meyker fəliyyətinə dair daxili Qaydalar”a edilmiş əlavə və düzəlişlər qüvvəyə minib. Qaydalara edilmiş düzəlişlərə əsasən, birja üzvləri üçün BFB-də səhmlər üzrə market-meyker fəaliyyətinə olan tələblər sadələşdirilib.

"Report"un Birjaya istinadən verdiyi xəbərə görə, eyni zamanda, səhm bazarında tələb-təklifi stimullaşdırmaq və bazarda likvidliyi artırmaq məqsədilə BFB-nin İdarə Heyətinin qərarı ilə market-meyker tərəfindən təqdim edilən alış-satış kotirovkalarının minimal həcminin və qiymət dəhlizinin hər bir səhm buraxılışı üzrə ayrı-ayrılıqda müəyyən edilməsi qərara alınıb. Bundan irəli gələrək AZ1001018378 dövlət qeydiyyat nömrəli, “Holcim Azərbaycan” ASC-nin səhmləri üzrə market-meyker kotirovkasının minimal həcmi və alış-satış kotirovkaları üzrə qiymət dəhlizi müvafiq olaraq 15 min manat və 5% müəyyən edilib.


Son xəbərlər

Orphus sistemi