​BFB: Kapital bazarının infrastrukturunda dəyişiklik gözlənilir

​BFB: Kapital bazarının infrastrukturunda dəyişiklik gözlənilir Bakıda "Səhm və istiqrazlar vasitəsilə maliyyələşmə və IPO-lar" mövzusunda seminar keçirilib
Maliyyə
22 May , 2015 12:51
​BFB: Kapital bazarının infrastrukturunda dəyişiklik gözlənilir

Bakı.22 may. REPORT.AZ/ Listinq Məsləhət Proqramı çərçivəsində kapital bazarından maliyyələşmədə maraqlı olan potensial şirkətlər üçün Bakı Fond Birjası (BFB) və "PwC Azerbaijan" şirkətinin təşkilatçılığı ilə Bakıda "Səhm və istiqrazlar vasitəsilə maliyyələşmə və IPO-lar" mövzusunda seminar keçirilib.

"Report"un verdiyi xəbərə görə, seminarda çıxış edən BFB-nin İdarə Heyətinin sədri Fariz Əzizov potensial şirkətlər üçün bu qəbildən olan maarifləndirici seminarların müsbət hal olduğunu və gələcəkdə də birgə seminarlar keçirilməsinin planlaşdırıldığını, bu tədbirin silsilə seminarlardan sadəcə biri olduğunu deyib.

F.Əzizov bildirib ki, qiymətli kağızlar bazarı haqqında qanuna dəyişikliklərin Milli Məclisdə təsdiqinə də toxunub. O qeyd edib ki, yeni qanunvericilik aktı ilə kapital bazarının infrastrukturunda dəyişikliyin həyata keçirilməsi gözlənilir.

Qeyd edək ki, Listinq Məsləhət Proqramı çərçivəsində kapital bazarından maliyyələşmək niyyətində olan şirkətlərə bu sahədə BFB-nin, habelə digər peşəkarların, auditorların, broker şirkətlərinin, hüquq, ictimaiyyətlə əlaqələr üzrə ixtisaslaşmış şirkətlərin mütəxəssislərinə peşəkar və tam ödənişsiz əsaslarla məsləhət xidmətləri nəzərdə tutulub. Proqram kapital bazarlarından maliyyələşmə imkanlarının təşviqi, şirkətlərin təlimi və potensial emitentlərə əlverişli şərtlərlə uzunmüddətli və ucuz maliyyə resurslarına çıxış istiqamətində kömək göstərilməsi tədbirlərini əhatə edir. Hazırda proqram çərçivəsində Kollektiv Sazişə 13 tərəfdaş qoşulub.

Son xəbərlər

Orphus sistemi