"Bakı Fond Birjası" QSC-də (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50101573S dövlət qeydiyyat nömrəli, 200 mln. manat məbləğində, 28 günlük qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
"Report" BFB-yə istinadən xəbər verir ki, sifarişlərin nominal qiymətlə ümumi məbləği 167 277 60 manat manat olub.
Hərrac zamanı 10 investor tərəfindən qiyməti 99,3053 manatdan (8,99%) 99,4581 manata (7,01%) qədər olan 20 sifariş təqdim edilib.
AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99,3053 maanat (8,99%), orta ölçülmüş qiyməti 99,3851 manat (7,95%) müəyyən edilib.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 167 277 600 manat təşkil edib.
Notların ödəmə tarixi 08.05.2019-cu ildir.