Beynəlxalq Valyuta Fondunun rəhbəri: "Qafqaz və Mərkəzi Asiyanın iqtisadi inkişaf potensialı hazırkından yüksəkdir"

Beynəlxalq Valyuta Fondunun rəhbəri: "Qafqaz və Mərkəzi Asiyanın iqtisadi inkişaf potensialı hazırkından yüksəkdir"
Maliyyə
16 May , 2019 11:43
Beynəlxalq Valyuta Fondunun rəhbəri: Qafqaz və Mərkəzi Asiyanın iqtisadi inkişaf potensialı hazırkından yüksəkdir

"Biz dünya iqtisadiyyatının inkişafını sürətləndirməyə çalışmalıyıq". 

"Report" xəbər verir ki, bunu Qazaxıstanda keçirilən XII "Astana İqtisadi Forumda" çıxış edən Beynəlxalq Valyuta Fondunun (IMF) rəhbəri Kristin Laqard deyib.

K.Laqardın sözlərinə görə, təmsil etdiyi qurumun gözləntiləri növbəti ilə bu rəqəmin 3,6% yüksəlməsidir:

"Mən tanınmış qazax yazıçısı Abay Kunanbayevin bir fikrini səsləndirmək istəyirəm. O deyirdi ki, "Yavaş, amma əmin addımlarla irəlilə". Düşünürəm ki, iqtisadi inkişafı sürətləndirmək lazımdır. Biz inanırıq Qafqaz və Mərkəzi Asiya rəqəmlərdə göstərilən 3,3%-lik inkişaf potensiala uyğun deyil. Nəzərə almaq lazımdır ki, bu region 4,1%-lik inkişafdan sonra bu göstəriciyə düşüb. Əminəm ki, regionun payı daha yüksəkdir".