Beynəlxalq Valyuta Fondu Ukraynaya 1,3 milyard dollar ayırıb

Beynəlxalq Valyuta Fondu Ukraynaya 1,3 milyard dollar ayırıb Beynəlxalq Valyuta Fondunun (BVF) İcraiyyə Şurası Ukraynaya fövqəladə maliyyələşdirmə üçün 1,3 milyard dollar ayırmaq qərarına gəlib
Maliyyə
7 Oktyabr , 2022 21:57
Beynəlxalq Valyuta Fondu Ukraynaya 1,3 milyard dollar ayırıb

Beynəlxalq Valyuta Fondunun (BVF) İcraiyyə Şurası Ukraynaya fövqəladə maliyyələşdirmə üçün 1,3 milyard dollar ayırmaq qərarına gəlib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski tviterdə yazıb.

“BVF-nin İcraiyyə Şurası indicə Ukraynaya Sürətli Maliyyələşdirmə Proqramı çərçivəsində təxminən 1,3 milyard dolların verilməsini dəstəkləyib. Pul bu gün Ukraynaya göndəriləcək”, - dövlət başçısı tviterdə qeyd edib.

Son xəbərlər

Orphus sistemi