Beynəlxalq Valyuta Fondu Azərbaycanın bank sektoru ilə görüş keçirib

Beynəlxalq Valyuta Fondu Azərbaycanın bank sektoru ilə görüş keçirib Beynəlxalq Valyuta Fondunun (IMF) Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramı üzrə virtual missiyası çərçivəsində "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyi və onun nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə
Maliyyə
22 Oktyabr , 2021 16:04
Beynəlxalq Valyuta Fondu Azərbaycanın bank sektoru ilə görüş keçirib

Beynəlxalq Valyuta Fondunun (IMF) Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramı üzrə virtual missiyası çərçivəsində "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyi və onun nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun nümayəndələri ilə görüş keçirilib.

"Report" bu barədə ABA-ya istinadən xəbər verir.

Məlumata görə, görüş Dünya Bankının missiya rəhbəri Tatyana Alonso Qispertin açılış nitqi ilə başlayıb. Daha sonra ABA-nın icraçı direktoru Yunus Abdulov bank sektorundakı cari vəziyyət, bu sahədə Assosiasiyanın rolu və təşəbbüsləri barədə məlumat verib. “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun rəhbəri Tamerlan Rüstəmov isə ödəniş ekosistemi və rəqəmsal ödənişlər sahəsində həyata keçirilən islahatlar, ABA-nın rəqəmsal ödənişlər sahəsində həm yerli, həm də beynəlxalq maliyyə institutları ilə birgə irəli sürdüyü təşəbbüslərdən danışıb.

Qarşılıqlı müzakirələr və fikir mübadiləsi əsasında keçən görüşdə adı çəkilən ekspert qrupunun üzvü Zakir Xanməmmədov, eləcə də “Risklərin İdarə Edilməsi” üzrə Ekspert Qrupunun üzvü Tural Həsənov bankların rəqəmsal ödənişlər sahəsində təqdim etdiyi innovativ məhsul və xidmətlərə toxunaraq, ödəniş vasitələrindən istifadə imkanlarını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi