Beynəlxalq ödəmələrdə avro irəli çıxdı

Beynəlxalq ödəmələrdə avro irəli çıxdı Cari ilin oktyabr ayında 2013-cü ilin iyul ayından bu yana ilk dəfə avro dolları üstələyib.
Maliyyə
515
19 Noyabr , 2020 17:32
Beynəlxalq ödəmələrdə avro irəli çıxdı

Bu ilin oktyabr ayında 2013-cü ilin iyul ayından bu yana ilk dəfə avro dolları üstələyib.

“Report” SWIFT (The Society for Worldwide Interbank International Finance Telecommunication – Dünya Banklararası Beynəlxalq Maliyyə Telerabitəsi Cəmiyyəti) ödəmə sisteminin məlumatlarına istinadən xəbər verir ki, 2013-cü ilin iyul ayında beynəlxalq ödənişlərdə avronun payı 37,5 faiz, dolların isə 36,14 faiz olsa da, avqust ayında ABŞ pul vahidi yenidən 40,14 fazilik liderliyə yiyələnərək avronu 16,16 faizədək sıxışdırmışdı.

2020-ci ilin oktyabr ayında isə avro 37,82 faiz, dollar isə 37,64 faizlik göstəricilərə malik olub.

Qeyd edək ki, beynəlxalq ödənişlər və maliyyə məlumatları mübadiləsi sistemi olan SWIFT-yə dünya ölkələrinin böyük əksəriyyətindəki 11 mindən artıq ən böyük iqtisadi qurum qoşulub.

Son xəbərlər

Orphus sistemi