Beynəlxalq Ekoenergetika Akademiyası ilə “SOCAR Methanol” arasında memorandum imzalanıb

Beynəlxalq Ekoenergetika Akademiyası ilə “SOCAR Methanol” arasında memorandum imzalanıb Sənəd iki qurum arasında elmi-texniki əməkdaşlığın yaranmasını və təkmilləşməsini əhatə edir
Maliyyə
8 Avqust , 2017 17:01
Beynəlxalq Ekoenergetika Akademiyası ilə “SOCAR Methanol” arasında memorandum imzalanıb
Socarmethanol.az

Bakı. 8 avqust. REPORT.AZ/ Bu gün Beynəlxalq Ekoenergetika Akademiyası ilə “SOCAR Methanol” MMC arasında anlaşma memorandumu imzalanıb.

Şirkətdən “Report”a bildirilib ki, sənədi Akademiyanın prezidenti professor Fəqan Əliyev və “SOCAR Methanol”un baş direktoru Elnur Mustafayev imzalayıb.

Azərbaycanda qaz-kimya sahəsində ilk istehsal obyekti olan metanol zavodu ilə ekoloji və təmiz enerji mənbələrinin tədqiqində yüksək nailiyyətlər əldə etmiş akademiyanın əlaqələrini möhkəmləndirən bu memorandum iki qurum arasında elmi-texniki əməkdaşlığın yaranmasını və təkmilləşməsini əhatə edir.