"Beşiktaş"ın səhmləri bu il ən çox gəlir gətirib

"Beşiktaş"ın səhmləri bu il ən çox gəlir gətirib "Beşiktaş"ın kapitallaşması artıq 1 trln. lirə həddini üstələyib
Maliyyə
5 Oktyabr , 2017 14:33
Beşiktaşın səhmləri bu il ən çox gəlir gətirib

Bakı. 5 oktyabr. REPORT.AZ/ Bu ilin ilk 9 ayında 12% bahalaşan Türkiyənin "Beşiktaş" futbol klubunun səhmləri İstanbul Birjasında ən çox gəlir gətirən idman şirkəti olub. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, "Beşiktaş"ın səhmlərinin qiymətinin artması Birjada ümumi idman indeksinin ilin əvvəlindən 2,5% artmasına səbəb olub.

Analitiklər Türkiyə Super Liqasında ötən ilki çempionluq, bu sezon liderlik və UEFA Çempionlar Liqasında müvəffəqiyyətli çıxışın bu futbol klubunun səhmlərinin qiymətini yüksəltdiyini bildiriblər.

Yanvar-sentyabr aylarında səhmləri ən çox bahalaşan ikinci idman şirkəti "Qalatasaray" olub. Onun səhmləri 3,69% bahalaşıb.

"Fənərbaxça"nın səhmləri isə hesabat dövründə 8,46% ucuzlaşıb. Həmçinin, "Trabzonspor"un səhmləri 7,04% qiymətini itirib.

İstanbul Birjasında kapitallaşma göstəricisinə görə lider də "Beşiktaş"dır. Bu şirkətin bazar dəyəri 1,075 trln. lirə və ya 300 mln. ABŞ dolları təşkil edir.

Son xəbərlər

Orphus sistemi