Bakı. 18 yanvar. REPORT.AZ/ "Rusiya və Belarus ittifaq çərçivəsində hesablaşmalarda vahid valyutadan istifadə edə bilər, amma bu, rubl olmayacaq".
“Report” Belorus mətbuatına istinadən xəbər verir ki, bunu ölkə prezidenti Aleksandr Lukaşenko bildirib.
“Vahid valyutaya qarşı deyilik, amma bu, Rusiya Bankının (Mərkəzi Bank) əskinasları yox, məhz müştərək, yəni eyni şərtlərlə yaradılan valyuta olmalıdır.
O, iki ölkə arasında qarşılıqlı surətdə vergi və gömrük siyasətini əlaqələndirməyə də hazır olduqlarını diqqətə çatdırıb.