İsveçrənin BCGE bankı Azərbaycanda maliyyə xidmətləri göstərmək niyyətindədir

İsveçrənin BCGE bankı Azərbaycanda maliyyə xidmətləri göstərmək niyyətindədir İsveçrə bankı - Banque Cantonale de Genève (BCGE) Azərbaycanda maliyyə xidmətləri və kapitalın idarə edilməsi ilə bağlı xidmətlər göstərmək istəyir.
Maliyyə
21 Oktyabr , 2019 12:03
İsveçrənin BCGE bankı Azərbaycanda maliyyə xidmətləri göstərmək niyyətindədir

İsveçrə bankı - Banque Cantonale de Genève (BCGE) Azərbaycanda maliyyə xidmətləri və kapitalın idarə edilməsi ilə bağlı xidmətlər göstərmək istəyir.

"Report" xəbər verir ki, bunu BCGE-nin icraçı direktoru Mario Al Jebouri Azərbaycan-İsveçrə biznes forumunda bildirib.

"Bu regionda mövqelərimizi daha da möhkəmləndirmək istəyirik. Azərbaycanda geniş imkanlar var. Biz istərdik ki, burada maliyyə xidmətləri və kapitalın idarə edilməsi ilə bağlı xidmətlər göstərək", - Mario Al Jebour deyib.

O vurğulayıb ki, BCGE Cenevrə iqtisadiyyatında mühüm yer tutur: "Bankın dövriyyəsi 22 mlrd. İsveçrə frankı təşkil edir".

Son xəbərlər

Orphus sistemi