​BBVB və “Alfa Sığorta” müqavilə bağlayıb

​BBVB və “Alfa Sığorta” müqavilə bağlayıb Bakı Banklararası Valyuta Birjası (BBVB) ilə “Alfa Sığorta” şirkəti arasında Birja Elektron Ticarət Sisteminin
Maliyyə
26 Sentyabr , 2014 14:56
​BBVB və “Alfa Sığorta” müqavilə bağlayıb
Bakı. 26 sentyabr. REPORT.AZ/ Bakı Banklararası Valyuta Birjası (BBVB) ilə “Alfa Sığorta” şirkəti arasında Birja Elektron Ticarət Sisteminin (BEST) “Money-Market” pul bazarında iştirakı haqqında müqavilə imzalanıb. Bu barədə “Report”a “Alfa Sığorta”nın baş ofisindən məlumat verilib.

Müqaviləyə əsasən, “Alfa Sığorta” banklarla eynihüquqlu bir iştirakçı qismində bankların topdansatış pul bazarına çıxmaq imkanı əldə edib. BBVB isə öz növbəsində yeni iştirakçıya BEST ticarət sisteminə daxil olmaq hüququ, həmçinin hesablaşma və informasiya xidmətləri təqdim edəcək.

Pul bazarı seqmentində aparılan əməliyyat və hesablaşmalar “BEST-də pul vəsaitlərinin cəlbedilmə və yerləşdirilməsi üzrə əməliyyatların müvəqqəti keçirilmə Qaydaları”, “BEST sistemində hərracların təşkili və hesablaşmaların aparılma reqlamenti”, “BBVB-nin ticarət sessiyası çərçivəsində mütəşəkkil pul bazarının kredit bölməsində bağlanmış kredit və depozit əqdləri üzrə hesablaşmaların müvəqqəti aparılma Qaydaları”, eləcə də “Money-Market” maliyyə alətlərinin spesifikasiyası” müvafiq olaraq həyata keçirilir.

İcbari Sığorta Bürosu, "Atəşgah Sığorta", "Buta Sığorta", "Ata Sığorta", "AzRe" və "AzSığorta" şirkətlərindən sonra "Alfa Sığorta" BETS-in (BEST) “Money-Market” pul bazarında iştirakına dair müqavilə bağlamış yeddinci sığorta təşklatı olub.

Son xəbərlər

Orphus sistemi