BBVB: Birja müvəqqəti bağlanıb

BBVB: Birja müvəqqəti bağlanıb Birja rəsmiləri: "BBVB-nin bağlanmasından söhbət gedə bilməz"
Maliyyə
4 İyun , 2015 16:53
BBVB: Birja müvəqqəti bağlanıb

Bakı. 4 iyun. REPORT.AZ/ Bakı Banklararası Valyuta Birjası (BBVB) vasitəsilə banklar arasında valyuta əqdlərinin bağlanması müvəqqəti olaraq dayandırılıb. Hazırda banklar arasında bu proses açıq bazar seqmentində həyata keçirilir.

"Report"un Bakı Banklararası Valyuta Birjasına istinadən verdiyi xəbərə görə, bu, bankların imtinası ilə əlaqədar deyil və BBVB özü fəaliyyətini dayandırıb. Birja rəsmisi bildirib ki, bu fəaliyyətin dayandırılması müvəqqəti xarakter daşıyır.

"Bu fəaliyyətin nə vaxt bərpa olunacağı hələ dəqiq məlum deyil. Lakin BBVB-nin bağlanmasından söhbət belə gedə bilməz", - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi