Bazara bitkoinin qızıl variantı çıxarılır

Bazara bitkoinin qızıl variantı çıxarılır "Bitcoin Gold"un "Bitcoin Cash"dən ucuz olacağı gözlənilir
Maliyyə
23 Oktyabr , 2017 11:08
Bazara bitkoinin qızıl variantı çıxarılır
Sputnik/ Vladimir Astapkovich

Bakı. 23 oktyabr. REPORT.AZ/ Bitkoin virtual kriptovalyutanın yenidən bölünməsi nəticəsində "Bitcoin Gold" adında yeni bir rəqəmsal valyuta yarana bilər. "Report" "Haberler" saytına istinadən xəbər verir ki, Honq-Konqun "LightningASİC" mədən şirkətinin baş icraçı direktoru Cek Liaonun rəhbərlik etdiyi "Bitcoin Gold"un oktyabrın 25-də bazara çıxması gözlənilir. 

Noyabrın 1-dən etibarən isə "Bitcoin Gold" tədavülə buraxılacaq.

"Bitcoin Gold"un qiyməti daha kiçik mədənçilik qrupu tərəfindən dəstəklənməsi səbəbindən "Bitcoin Cash"dən daha ucuz olacağı bildirilir. Qeyd edək ki, bitkoin 2017-ci il avqustun 1-də bitkoin və bitkoin kəşə (BCC) bölünüb. Hazırda "Bitcoin Cash"in qiyməti təxminən 325 dollara bərabərdir.

Son xəbərlər

Orphus sistemi