“Başak-İnam Sığorta Şirkəti” vaxtı keçmiş borcların ötürülməsini müzakirə edəcək

“Başak-İnam Sığorta Şirkəti” vaxtı keçmiş borcların ötürülməsini müzakirə edəcək İyulun 27-si ləğv prosesində olan “Başak-İnam Sığorta Şirkəti” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Maliyyə
12 İyun , 2021 10:27
“Başak-İnam Sığorta Şirkəti” vaxtı keçmiş borcların ötürülməsini müzakirə edəcək

İyulun 27-si, saat 11:00-da ləğv prosesində olan “Başak-İnam Sığorta Şirkəti” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 206D ünvanında olacaq.

Yığıncağın gündəliyinə şirkətin 2020-ci il üzrə fəaliyyətinin yekunu, ötən il üzrə illik audit hesabatının müzakirəsi və təsdiq edilməsi, aralıq balansının müzakirəsi və təsdiq edilməsi, cəmiyyətə vaxtı keçmiş olan borclar üzrə tələb hüququnun ötürülməsinin müzakirəsi, xalis aktivlərinin səhmdarlar arasında bölüşdürülməsi və digər məslələr daxildir.

Xatırladaq ki, "Başak İnam Sığorta" 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 7 milyon manatdır. Şirkətin səhmlərinin 24,24 %-i hazırda ləğvetmə prosesində olan "Zaminbank" ASC-yə, 7,14 %-i "Turanbank" ASC-yə, 5 %-i "Azər-Türk Bank" ASC-yə, 14 %-i Türkiyənin fransız kapitallı "Groupama Sıgorta" şirkətinə, 0,34 %-i "Aqrarkredit" QSC-yə, 15,83 %-i Səbinə Akif qızı Həsənovaya, 15,21 %-i Akif Əkbər oğlu Kərimova (Direktorlar Şurasının sədri), 10,14 %-i Orxan Qara oğlu Həsənova (İdarə Heyətinin sədri), 8,09 %-i isə digər 14 fiziki şəxsə məxsusdur.

Son xəbərlər

Orphus sistemi