"Başak-İnam Sığorta"nın ləğvetmə balansı müzakirə olunacaq

"Başak-İnam Sığorta"nın ləğvetmə balansı müzakirə olunacaq Noyabrın 10-da, saat 11:00-da ləğv prosesində olan “Başak-İnam Sığorta" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Maliyyə
24 Sentyabr , 2020 09:20
Başak-İnam Sığortanın ləğvetmə balansı müzakirə olunacaq

Noyabrın 10-da, saat 11:00-da ləğv prosesində olan “Başak-İnam Sığorta" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 206D ünvanında olacaq.

Yığıncağın gündəliyinə şirkətin ləğvetmə balansının müzakirə olunması, maliyyə təsərrüfat fəaliyyətinin yoxlanmasına dair audit hesabatının dinlənilməsi və sair məsələlər daxildir. 

Xatırladaq ki, "Başak İnam Sığorta" 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 7 milyon manatdır. Şirkətin səhmlərinin 24,24%-i hazırda ləğvetmə prosesində olan "Zaminbank" ASC-yə, 7,14%-i "Turanbank" ASC-yə, 5%-i "Azər-Türk Bank" ASC-yə, 14%-i Türkiyənin fransız kapitallı "Groupama Sıgorta" şirkətinə, 0,34%-i "Aqrarkredit" QSC-yə, 15,83%-i Səbinə Akif qızı Həsənovaya, 15,21%-i Akif Əkbər oğlu Kərimova (Direktorlar Şurasının sədri), 10,14%-i Orxan Qara oğlu Həsənova (İdarə Heyətinin sədri), 8,09%-i isə digər 14 fiziki şəxsə məxsusdur.

Son xəbərlər

Orphus sistemi