​“Başak-İnam" sığorta şirkəti yaxın iki ildə kapitalını 9 mln. manata çatdıracaq - YENİLƏNİB

​“Başak-İnam" sığorta şirkəti yaxın iki ildə kapitalını 9 mln. manata çatdıracaq - YENİLƏNİB İdarə Heyətinin sədri Orxan Həsənov: "Şirkətin məcmu kapitalına təxminən 400-500 min manat əskiyi olub"
Maliyyə
11 noyabr 2014 11:20
​“Başak-İnam sığorta şirkəti yaxın iki ildə kapitalını 9 mln. manata çatdıracaq - YENİLƏNİB

Bakı. 11 noyabr. REPORT.AZ/ Azərbaycanın “Başak-İnam Sığorta Şirkəti” ASC-nin səhmdarlarının bu günlərdə keçirilən növbədənkənar ümumi yığıncağında şirkətin nizamnamə kapitalının 50% artırılaraq 9 mln. manata çatdırılmasına dair qərar qəbul olunub. Bu barədə "Report"a şirkətin İdarə Heyətinin sədri Orxan Həsənov məlumat verib: "Səhmdarlar məsələni müzakirə edərək, şirkətin nizamnamə kapitalının 6 mln. manatdan 9 mln. manatadək artırılmasına qərar verib. Belə ki, bu il şirkətin nizamnamə kapitalı 7 mln. manata, 2015-ci ildə 8 mln. manata, 2016-cı ildə isə 9 mln. manata çatdırılacaq".

Xatırladaq ki, Maliyyə Nazirliyinin tələbinə uyğun olaraq sığorta şirkətlərinin kapitalına minimum tələb 5 mln. manat təşkil edir və noyabrın 4-də nazirlik “Başak-İnam" sığorta şirkətinin kapitalını yetərsiz hesab edib və 6 ay müddətində bu kapital yetərsizliyini aradan qaldırmağı tələb edib.

Bu məsələni şərh edən O.Həsənov "Report"a bildirib ki, şirkətin məcmu kapitalına təxminən 400-500 min manat (10%) məbləğində əskiyi olub.

Qeyd edək ki, şirkət ümumilikdə 26 sığorta növü üzrə əhaliyə xidmətlər göstərərək, 2013-cü il ərzində 4,1 mln. manat sığorta haqqı toplayıb və 1,8 mln. manat sığorta ödənişi həyata keçirib. Bu ilin ilk 10 ayı ərzində şirkət 2,5 mln. manat sığorta haqqı toplayıb və 1,1 mln. manat sığorta ödənişi həyata keçirib.

Son xəbərlər

Orphus sistemi