“Başak İnam Sığorta”nın ödənişləri 6 dəfə azalıb

“Başak İnam Sığorta”nın ödənişləri 6 dəfə azalıb Hesabat dövründə şirkətin yığımları isə 46% azalıb
Maliyyə
12 Yanvar , 2017 12:52
“Başak İnam Sığorta”nın ödənişləri 6 dəfə azalıb

Bakı. 12 yanvar. REPORT.AZ/ “Başak İnam Sığorta” ASC-nin yığımları 2016-cı ildə 547 761 manat təşkil edib. Şirkətdən “Report”a verilən məlumata görə, bu, 2015-ci illə müqayisədə 45,59% azdır.

Hesabat dövründə “Başak İnam Sığorta”nın ödənişləri daha kəskin azalıb. Belə ki, Şirkət il ərzində 142 877 manat ödəniş edib. Bu isə əvvəlki ilə nisbətən 82,82% (5,82 dəfə) azdır.

Ötən il "Başak İnam Sığorta" topladığı hər 100 manat sığorta haqqının 26,08 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ildə 82,61% olub.

Xatırladaq ki, "Başak İnam Sığorta" 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 7 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 200 manat olan 35 000 səhm əsasında formalaşıb. Səhmlərin 24,24%-i hazırda ləğvetmə prosesində olan "Zaminbank" ASC-yə, 7,14%-i "Turanbank" ASC-yə, 5%-i "Azər-Türk Bank" ASC-yə, 14%-i Türkiyənin fransız kapitallı "Groupama Sıgorta" şirkətinə, 0,34%-i "Aqrarkredit" QSC-yə, 15,83%-i Səbinə Akif qızı Həsənovaya, 15,21%-i Akif Əkbər oğlu Kərimova (Direktorlar Şurasının sədri), 10,14%-i Orxan Qara oğlu Həsənova (İdarə Heyətinin sədri), 8,09%-i isə digər 14 fiziki şəxsə məxsusdur.

Son xəbərlər

Orphus sistemi