Azərbaycandakı bankların nağd dollar alqı-satqısı əməliyyatlarının həcmi azalıb

Azərbaycandakı bankların nağd dollar alqı-satqısı əməliyyatlarının həcmi azalıb Bakı. 4 yanvar. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları tərəfindən keçən ilin noyabr ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində əhaliyə 53 521,4 min ABŞ dollarının xalis satışı həyata keçirilib.
Maliyyə
4 Yanvar , 2019 11:30
Azərbaycandakı bankların nağd dollar alqı-satqısı əməliyyatlarının həcmi azalıb

Bakı. 4 yanvar. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları tərəfindən keçən ilin noyabr ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində əhaliyə 53 521,4 min ABŞ dollarının xalis satışı həyata keçirilib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu da oktyabr ayı ilə müqayisədə 12 896 min dollar və yaxud 32% çoxdur.

Hesabata əsasən noyabr ayında banklar tərəfindən nağd dolların alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi 379 206 min dollar olub ki, bu da oktyabr ayı ilə müqayisədə 15 388,7 min dollar və ya 3,9% azdır. Alqı-satqı əməliyyatlarının 216 363,7 min dollarını satış, 162 842,3 min dollarını alış əməliyyatları əhatə edib. Bankların satışı əvvəlki ayla müqayisədə 1 246,4 min dollar və yaxud 0,6%, alışı isə 14 142,3 min dollar və yaxud 8% azalıb.

Ümumilikdə, ötən ilin yanvar-noyabr ayları ərzində banklar tərəfindən əhaliyə 2 821 890,1 min nağd dollar satışı həyata keçirilib. Bu müddətdə əksinə əhalidən 1 863 868,7 min nağd dollar alınıb. 

Son xəbərlər

Orphus sistemi