Azərbaycanda kommersiya banklarının xarici borclanması azalıb

Azərbaycanda kommersiya banklarının xarici borclanması azalıb Bakı. 4 fevral. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 480,2 mln. manat və ya 20,8% azalaraq 2019-cu ilin yanvar ayının 1-nə 1 828,1 mln. manat təşkil edib.
Maliyyə
4 Fevral , 2019 10:02
Azərbaycanda kommersiya banklarının xarici borclanması azalıb

Bakı. 4 fevral. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 480,2 mln. manat və ya 20,8% azalaraq 2019-cu ilin yanvar ayının 1-nə 1 828,1 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “Report”a verilən məlumata görə, ötən ilin noyabr ayı ilə müqayisədə dekabrda bankların xarici borclanması 20,7 mln. manat və ya 1,12% azalıb.

Qeyd edək ki, bankların məcmu xarici aktivlərin həcmi 2019-cu ilin yanvarın 1-nə 5 mlrd. 906,3 mln. manat təşkil edib ki, bu da 2017-ci il ilə müqayisədə 32,3 mln. manat və ya 0,55% çoxdur. Məcmu xarici aktivlərin həcmində ötən ilin noyabrı ilə müqayisədə dekabrında 916,1 mln. manat və ya 13,43%-lik azalma baş verib.

Son xəbərlər

Orphus sistemi