Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə “Banklarda korporativ idarəetmə Standartlarına dair Tövsiyələr” təsdiqlənib.
"Reprt" AMB-yə istinadən xəbər verir ki, bu sənəd banklarda korporativ idarəetmə sahəsinin tənzimlənməsi üzrə qurumun gələcək strateji baxışını əks etdirir.
Beynəlxalq korporativ idarəetmə təcrübələri nəzərə alınmaqla hazırlanmış sənədə əsasən Müşahidə Şurasının müstəqil üzvlərinin funksionallığının artırılması, eləcə də onun tərkibində gender müxtəlifliyinin təmin edilməsi tövsiyə olunur. Həmçinin Müşahidə Şurasının və komitələrinin tərkibinin və fəaliyyətinin qiymətləndirilməsi, bankın Audit və Komplayens funksiyalarının təkmilləşdirilməsi, risk menecmenti çərçivəsində müdafiə xətləri üzrə səlahiyyət bölgüsünün dəqiqləşdirilməsi və şəffaflığın təmin edilməsi üzrə tövsiyələr də qeyd olunub.
Tövsiyələrin əsas məqsədi bank sektorunun səmərəli fəaliyyətini və sabitliyini dəstəkləmək üçün banklarda korporativ idarəetmənin gücləndirilməsi və bankların korporativ idarəetmə çərçivəsinin beynəlxalq standartlara daha da uyğunlaşdırılmasıdır.
Tövsiyələri bu