Azərbaycanda banklararası kreditlər bahalaşıb

Azərbaycanda banklararası kreditlər bahalaşıb Bahalaşma uzunmüddətli manat kreditlərində daha kəskin olub
Maliyyə
13 Yanvar , 2017 16:55
Azərbaycanda banklararası kreditlər bahalaşıb

Bakı. 13 yanvar. REPORT.AZ/ Azərbaycanda banklararsı kreditlər üzrə orta faiz dərəcəsi həm manat, həm də valyutada yüksəlib. "Report" bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Hesabata əsasən, banklararası manat kreditləri üzrə orta faiz dərəcəsi aylıq müqayisədə 1,09 faiz bəndi artaraq 2016-cı il dekabrın 1-nə illik 7,78%, xarici valyutada isə 0,02 faiz bəndi artaraq 5,44%-ə çatıb.

Bir ildən yuxarı müddətə verilən manat kreditlərinin faizləri isə 4,14 faiz bəndi artaraq dekabrın 1-nə 8,91% , bir ildən yuxarı xarici valyutada olan kreditlər aylıq müqayisədə 0,01 faiz bəndi bahalaşaraq dekabrın 1-nə 4,71% təşkil edib. 

Qeyd edək ki, manatla 30-90 günlük kreditlərdə faizlər dəyişməyib və illik 17,42%, xarici valyutada isə ucuzlaşaraq 17,22%-dən 16,54%-ə enib.

Son xəbərlər

Orphus sistemi