“Banklararası Kart Mərkəzi” ilə ötən il 92 milyon əməliyyat aparılıb

“Banklararası Kart Mərkəzi” ilə ötən il 92 milyon əməliyyat aparılıb 2021-ci ildə Azərbaycanda “Banklararası Kart Mərkəzi” (BKM) üzərindən 92 milyon kart əməliyyatı aparılıb.
Maliyyə
21 fevral 2022 13:43
“Banklararası Kart Mərkəzi” ilə ötən il 92 milyon əməliyyat aparılıb

2021-ci ildə Azərbaycanda “Banklararası Kart Mərkəzi” (BKM) üzərindən 92 milyon kart əməliyyatı aparılıb.

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, əməliyyatların dəyəri milli valyutada 4,7 milyard manat, xarici valyutada isə 19,1 milyon ABŞ dolları və 5,3 milyon avro təşkil edib.

BKM ölkədə emissiya olunan ödəniş kartlarından istifadə olunmaqla xidmət mərkəzləri arasında aparılan əməliyyatların emalının ölkə daxilində həyata keçirilməsi məqsədilə yaradılıb.

Son xəbərlər

Orphus sistemi