"Bank VTB (Azərbaycan)" yeni filial açıb

"Bank VTB (Azərbaycan)" yeni filial açıb Bank filial şəbəkəsinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək
Maliyyə
102
13 Fevral , 2015 17:01
Bank VTB (Azərbaycan) yeni filial açıb

Bakı. 13 fevral. REPORT.AZ/ "Bank VTB (Azərbaycan)"ın “Neftçilər” filialı açılıb. “Neftçilər” filialı Qara Qarayev 53 ünvanında, “Neftçilər” metro stansiyasının çıxışında yerləşir.

"Report"un banka istinadən verdiyi xəbərə görə, bank filial şəbəkəsinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək. Bu il əsas diqqət regionlarda filialların açılışına yönələcək. 

Yeni ofisdə bankın müştərilərinə geniş çeşidli bank məhsulları təklif olunacaq, kreditlər, depozitlər, pul köçürmələri, kommunal ödənişlər üzrə xidmətlər göstəriləcək.

"Bank VTB (Azərbaycan)" ASC VTB Bank ASC-nin törəmə bankıdır. "Bank VTB (Azərbaycan)" ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 13 filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub

Son xəbərlər

Orphus sistemi