Bakı. 20 iyun. REPORT.AZ/ “Bank VTB” ASC (Rusiya) ölkənin bank sektorunda təmizləmənin davam edəcəyini proqnozlaşdırır.
“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu açıqlama ilə Bankın rəhbəri Andrey Kostin çıxış edib.
Onun fikrincə, Rusiya Bankı (Mərkəzi Bank) ildə kapital çatışmazlığı problemi yaşayan təxminən 80 bankın lisenziyasını ləğv edəcək.
“Ümumilikdə biz bank sektorunda vəziyyətin yaxşılaşdığını müşahidə edirik. Bu baxındam mən Rusiya Bankının siyasətini dəstəkləyirəm”, - deyə o, qeyd edib.