“Bank VTB Azərbaycan” ötən ili mənfəətlə başa vurub

“Bank VTB Azərbaycan” ötən ili mənfəətlə başa vurub “Bank VTB Azərbaycan” ASC 2020-ci ili 3,86 milyon manat mənfəətlə başa vurub.
Maliyyə
29 Yanvar , 2021 09:34
“Bank VTB Azərbaycan” ötən ili mənfəətlə başa vurub

“Bank VTB Azərbaycan” ASC 2020-ci ili 3,86 milyon manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 18,8% azdır.

Ötən il “Bank VTB Azərbaycan”ın gəlirləri 14,17 milyon manat (illik müqayisədə 8,4% çox), xərcləri 22,064 milyon manat (0,6% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 11,754 milyon manat (13,7% az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il yanvarın 1-nə “Bank VTB Azərbaycan”ın aktivləri 187,341 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 19,1% çoxdur. Bunun 86,075 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə Bankın kredit portfeli 38,7% böyüyüb.

Hesabat dövründə “Bank VTB Azərbaycan”ın öhdəlikləri 27,1% artaraq 123,417 milyon manata, o cümlədən depozit portfeli 27,7% artaraq 75,305 milyon manata, balans kapitalı isə 6% artaraq 63,924 milyon manata çatıb.

Xatırladaq ki, "Bank VTB Azərbaycan" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,8 milyon manatdır. Bankın səhmlərinin 99,999995%-i “Bank VTB Rusiya” ASC-yə, 0,000005%-i isə Adıgözəl Ağayevə ("Ata Holdinq” MMC-nin keçmiş baş direktoru) məxsusdur.

Son xəbərlər

Orphus sistemi