"Bank VTB Azərbaycan"ın rəhbərliyində dəyişiklik olacaq

"Bank VTB Azərbaycan"ın rəhbərliyində dəyişiklik olacaq Aprelin 30-da, saat 11:00-da “Bank VTB Azərbaycan” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Maliyyə
18 Mart , 2019 16:11
Bank VTB Azərbaycanın rəhbərliyində dəyişiklik olacaq

Aprelin 30-da, saat 11:00-da “Bank VTB Azərbaycan” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” bu barədə Banka istinadən xəbər verir.

Məlumata görə, yığıncaq “Bank VTB Azərbaycan”ın Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında (Messenat Plaza) yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə Bankın ötənilki fəaliyyətinə dair maliyyə hesabatının təsdiq edilməsi, mənfəətinin bölüşdürülməsi və dividendlərin ödənilməsinə dair təkliflərə baxılması, əqdlərinin razılaşdırılması, Müşahidə Şurasının tərkibinin nəzərdən keçirilməsi məsələləri daxildir. 

Son xəbərlər

Orphus sistemi