“Bank VTB Azərbaycan”a sədr təyin edilib

“Bank VTB Azərbaycan”a sədr təyin edilib “Bank VTB Azərbaycan” ASC-nin İdarə Heyətinə (İH) yeni sədr təyin edilib.
Maliyyə
25 Noyabr , 2021 12:30
“Bank VTB Azərbaycan”a sədr təyin edilib

“Bank VTB Azərbaycan” ASC-nin İdarə Heyətinə (İH) yeni sədr təyin edilib.

“Report” xəbər verir ki, bu İqor Okayevdir.

O, indiyə qədər “Unibank” ASC-nin İH sədrinin I müavini olub və yeni vəzifəsində bir neçə ay bundan əvvəl işdən çıxmış Yevgeni Kirini əvəz edib.

Xatırladaq ki, "Bank VTB Azərbaycan" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,8 milyon manatdır. Bankın səhmlərinin 99,999995%-i “Bank VTB Rusiya” ASC-yə, 0,000005%-i isə Adıgözəl Ağayevə ("Ata Holdinq” MMC-nin keçmiş baş direktoru) məxsusdur.

Son xəbərlər

Orphus sistemi