​“Bank VTB (Azerbaijan)”nın aktivləri 60% artıb

​“Bank VTB (Azerbaijan)”nın aktivləri 60% artıb Bu il Bankın kredit portfelinin həcmi 65% artıb
Maliyyə
7 Noyabr , 2014 06:58

Bakı. 7 noyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən “Bank VTB (Azerbaijan)” ASC-nin aktivlərinin həcmi 2014-cü il oktyabrın 1-nə 263,329 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 58,2% çoxdur.

Bankdan “Report”a verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 64,9% artaraq 245,686 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 123,259 mln. manat təşkil edib ki, bu da 2013-cü il oktyabrın 1-nə nisbətən 62,2% çoxdur. Eyni zamanda, vaxtı keçmiş kreditlərin həcmi bu ilin 9 ayında 4 dəfə artaraq 20,067 mln. manata çatıb. Vaxtı keçmiş kreditlərin məcmu kredit portfelində xüsusi çəkisi isə 4,8 faiz bəndi artaraq 8,2% təşkil edib.

Bankın depozit portfeli son bir ildə 15,4% azalaraq 14,755 mln. manata düşüb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 6,007 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 50,0% çoxdur.

İllik müqayisədə bankın məcmu kapitalı 52,9% artaraq 47,972 mln. manat, o cümlədən nizamnamə kapitalı 35,1% artaraq 50,815 mln. manat təşkil edib.

Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 2,1 dəfə artaraq 20 612, o cümlədən fiziki şəxslərin sayı 2,1 dəfə artaraq 20 157, hüquqi şəxslərin sayı 44,0% artaraq 455 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2014-cü il oktyabrın 1-nə 3 248-ə bərabər olub ki, bu da illik müqayisədə 3 dəfə çoxdur. O cümlədən, debet kartlarının sayı 2,5 dəfə artaraq 1 408-ə, kredit kartların sayı 3,4 dəfə artaraq 1 840-a çatıb.

Hazırda bankın ölkə üzrə 9 filialı, 10 bankomatı, 9 POS-terminalı fəaliyyət göstərir. Bankın 387 işçisi var.



Son xəbərlər

Orphus sistemi