​"Bank VTB (Azerbaijan)" yeni layihənin icrasına başlayır

​"Bank VTB (Azerbaijan)" yeni layihənin icrasına başlayır Rusiyanın təhsil müəssisələrində oxumaq istəyən şəxslərə təhsil kreditləri veriləcək
Maliyyə
8 İyun , 2016 15:29
​Bank VTB (Azerbaijan) yeni layihənin icrasına başlayır

Bakı. 8 iyun. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)" ASC bu ilin iyun ayından etibarən Rusiyanın təhsil müəssisələrində oxumaq istəyən abituriyent və tələbələrə dəstək layihəsinə başlayır. Layihə "Rossotrudniçestvo" təşkilatının Azərbaycandakı nümayəndəliyi ilə birgə həyata keçirilir.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, yeni proqrama əsasən, Bank Rusiyanın təhsil müəssisələrində oxumaq istəyən və ya indi oxuyan şəxslərə sərfəli şərtlərlə təhsil krediti təklif edir. Layihə Rusiyanın istənilən ali və orta, orta-ixtisas məktəblərində təhsil haqqının ödənişi üçün kreditin verilməsini nəzərdə tutur. Kredit eləcə də əlavə təhsilin, təkmilləşmə və peşə hazırlığının ödənişinə ayrıla bilər.

Şərtlərə görə, kredit təhsil alanın, eləcə də onun yaxın qohumunun adına verilə bilər. Pul vəsaitini Azərbaycan manatı və ya Rusiya rublunda 6-60 ay müddətinə almaq mümkündür. Borcalandan təhsil üçün ilkin ödəniş tələb olunmur. Tələbə fərqlənmə ilə oxuduğu halda kreditin faiz dərəcəsinin 1% azaldılması da nəzərdə tutulur.

Qeyd edək ki, sabah, iyunun 9-da Bakıda yerləşən Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində layihənin təqdimatı keçiriləcək.

Son xəbərlər

Orphus sistemi