"Bank VTB (Azerbaijan)" yeni aksiyaya başlayır

"Bank VTB (Azerbaijan)" yeni aksiyaya başlayır Bakı. 7 dekabr. REPORT.AZ/ “Bank VTB (Azerbaijan)” ASC Yeni İl ərəfəsində “Bakı-Moskva” kartının sahibləri üçün xüsusi aksiyaya start verir. 
Maliyyə
7 Dekabr , 2017 15:32
Bank VTB (Azerbaijan) yeni aksiyaya başlayır

Bakı. 7 dekabr. REPORT.AZ/ “Bank VTB (Azerbaijan)” ASC Yeni İl ərəfəsində “Bakı-Moskva” kartının sahibləri üçün xüsusi aksiyaya start verir. 

“Report” Banka istinadən xəbər verir ki, bu il dekabrın 11-dən gələn il yanvarın 31-nə qədər davam edəcək aksiya çərçivəsində “Bakı-Moskva” kartı ilə ən çox alış-veriş edən müştəri Bakı-Moskva-Bakı istiqamətində aviabilet qazanacaq. 

Xərclənən vəsaitin məbləği hesablanarkən Azərbaycan ərazisində və xaricdə, ticarət nöqtələrində və elektron kommersiya vasitəsi ilə kartla həyata keçirilmiş nağdsız əməliyyatlar nəzərə alınacaq. Xaricdə həyata keçirilən əməliyyatların məbləği hesablanma zamanı iki dəfə artırılacaq. Nağd vəsaitin çıxarılması, istənilən növ kart köçürmələri, kreditlərin ödənişi üzrə əməliyyatlar və qaytarma əməliyyatları hesablanmada nəzərə alınmayacaq.

Qalib aksiya başa çatdıqdan sonra 3 gün ərzində müəyyənləşəcək. Bilet yalnız kart sahibinin - aksiya qalibinin adına verilir. Uçuşun tarixlərini qalib seçir və bu barədə uduş elan edildikdən sonra 1 ay ərzində banka məlumat verir.

“Bakı-Moskva” kartı nağdsız ödənişlər və nağdlaşdırma üçün, eləcə də pul vəsaitinin hesabda yığılması üçün nəzərdə tutulan, 24 və 36 ay müddəti olan debet kartıdır. Kartı manat, dollar, avro və rubl valyutasında açmaq olar. Valyutasından asılı olaraq kart hesabındakı qalıq məbləğinə illik 0,5%-dən 4,5%-dək əlavə gəlir hesablanır. Bundan başqa, kart 0,5%-lik "Cash Back" nəzərdə tutur. 

Son xəbərlər

Orphus sistemi