“Bank VTB (Azerbaijan)” yarımillik maliyyə göstəricilərini açıqlayıb

“Bank VTB (Azerbaijan)” yarımillik maliyyə göstəricilərini açıqlayıb Bakı. 27iyul. REPORT.AZ/ “Bank VTB (Azerbaijan)” ASC-nin cəmi aktivləri illik müqayisədə 3,2 dəfə azalaraq 2018-ci il iyulun 1-nə 125207 min manat təşkil edib.
Maliyyə
27 İyul , 2018 18:04
“Bank VTB (Azerbaijan)” yarımillik maliyyə göstəricilərini açıqlayıb

Bakı. 27iyul. REPORT.AZ/ “Bank VTB (Azerbaijan)” ASC-nin cəmi aktivləri illik müqayisədə 3,2 dəfə azalaraq 2018-ci il iyulun 1-nə 125207 min manat təşkil edib.

“Report” bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat dövründə kredit portfeli (məqsədli ehtiyatlar çıxılmaqla) illik 4,7 dəfə azalaraq bu il iyulun 1-nə 61 558 min manata enib.

Cəmi öhdəliklər illik 5,2 dəfə azalaraq 70 164 min manat olub. Buna baxmayaraq, depozitlər (bankların və digər maliyyə müəssisələrinin depozitləri istisna olmaqla) illik 45% artaraq 52 479 min manata yüksəlib. 2018-ci il iyulun 1-nə bankın nizamnamə kapitalı 315 815 min manat, cəmi kapitalı 55 043 min manat təşkil edib.

Bank 2018-ci ilin birinci yarısında 250 371 min manat zərər edib. Xatırladaq ki, ötən ilin eyni dövründə bank 3 092 min manat xalis mənfəət əldə etmişdi.

2018-ci ilin yanvar-iyun aylarında bankın faiz gəlirləri 3 727 min manat, faiz xərcləri 6 792 min manat, qeyri-faiz gəliri (-4 519 min) manat, qeyri-faiz xərci 8 498 min təşkil edib.

Son xəbərlər

Orphus sistemi