“Bank VTB (Azerbaijan)” sahibkarlara güzəştli kredit vermək niyyətindədir

“Bank VTB (Azerbaijan)” sahibkarlara güzəştli kredit vermək niyyətindədir Hazırda Bankın Azərbaycandakı törəməsinin verdiyi biznes kreditlərinin 60%-i özəl sektora ünvanlanıb
Maliyyə
2 Noyabr , 2016 10:22
“Bank VTB (Azerbaijan)” sahibkarlara güzəştli kredit vermək niyyətindədir

Bakı. 2 noyabr. REPORT.AZ/ “Bank VTB (Azerbaijan)”ın gələcək planlarına İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ilə əməkdaşlıq çərçivəsində güzəştli kreditlər vermək daxildir. “Report” xəbər verir ki, bu barədə Bankın 51%-lik səhmdarı, Rusiyanın “Bank VTB” ASC-nin vitse-prezidenti, İdarə Heyətinin sədr müavini Mixail Oseyevski məlumat verib.

Onun sözlərinə görə, hazırda təmsil etdiyi maliyyə qurumunun Azərbaycandakı törəməsinin verdiyi biznes kreditlərinin 60%-i özəl sektora ünvanlanıb: “Buna görə hesab edirik ki, biz SKMF-nin bizə ayıracağı vəsaitləri asanlıqla reallaşdra bilərik”.

Son xəbərlər

Orphus sistemi