“Bank VTB (Azerbaijan)”nin İdarə Heyətinin yeni üzvü təyin olunub

“Bank VTB (Azerbaijan)”nin İdarə Heyətinin yeni üzvü təyin olunub Bu, Bankın Maliyyə departamentinin müdiri Roman Rudakovdur
Maliyyə
12 Oktyabr , 2017 15:06

Bakı. 12 oktyabr. REPORT.AZ/ “Bank VTB (Azerbaijan)” ASC-nin İdarə Heyətinin yeni üzvü Bankın Maliyyə departamentinin müdiri Roman Rudakov təyin olunub.

“Report" bu barədə Banka istinadən xəbər verir.

R.Rudakov Belqorod Dövlət Universitetini, eləcə də Moskva Dövlət Polad və Ərintilər İnstitutunu bitirib. Bank sahəsində böyük təcrübəyə malikdir: o, Rusiyanın “Uralsib”, “PromServisBank”, “Bank Aleksandrovski” və digər banklarında rəhbər vəzifələrdə çalışıb. 2017-ci ildən "Bank VTB (Azerbaijan)"nin Maliyyə departamentinə rəhbərlik edir. 

Son xəbərlər

Orphus sistemi