“Bank VTB (Azerbaijan)” kreditlərin yeni restrukturizasiyası proqramına başlayıb

“Bank VTB (Azerbaijan)” kreditlərin yeni restrukturizasiyası proqramına başlayıb Borcunu gecikmədən ödəməyə hazır olan müştərilərin yığılmış faizlərin yarısı bağışlanacaq
Maliyyə
11 İyul , 2017 13:01
“Bank VTB (Azerbaijan)” kreditlərin yeni restrukturizasiyası proqramına başlayıb

Bakı. 11 iyul. REPORT.AZ/ “Bank VTB (Azerbaijan)” ASC kreditini ödəməkdə çətinliklə üzləşən müştərilərinə borc yükünü azaltmaq və onları dəstəkləmək məqsədilə kreditlərin restrukturizasiyası üzrə yeni proqramını təqdim edib.

“Report”un Banka istinadən verdiyi xəbərə görə, proqram manat, rubl və dollarda olan bütün növ pərakəndə kreditlər üçün bir sıra güzəştli şərtlər nəzərdə tutur.

Restrukturizasiya “Nağd kredit”, “Kredit kartları”, “Girovlu istehlak krediti” və “Avtokredit” kimi məhsullar üzrə mümkündür. Məhsuldan asılı olaraq kreditin faiz dərəcəsi azaldılaraq cəmi 8% təşkil edəcək. Kreditin müddəti isə 48 və 60 ayadək uzadıla bilər.

Yeni proqram kreditin restrukturizasiyası üçün ilk dəfə müraciət edənlərə, eləcə də bundan əvvəl borcu restrukturizasiya olanlara aiddir. Təkrar restrukturizasiya zamanı proqramdan borc üzrə gecikməsi 90 günədək olan müştərilər istifadə edə bilər. Qaydalara əsasən, ilk dəfə restrukturizasiya üçün müraciət edənlər üçün borcun müddəti 360 günü keçməməlidir.

Müştərilərini dəstəkləmək məqsədi ilə “Bank VTB (Azerbaijan)” yeni proqram çərçivəsində həmçinin endirimlər təklif edir. Bank, restrukturizasiya etdikdən sonra kredit üzrə borcunu gecikmədən ödəməyə hazır olan müştəriləri üçün borcun üzərinə yığılmış faiz borcunun 50%-ni bağışlamaq niyyətindədir.

Bundan başqa, yeni restrukturizasiya proqramına görə əsas borcunun 10%-dən az olmayan hissəsini ödəyən və ödəniş qabiliyyətini təsdiqləyən müştərilər dollarda olan kreditlərini manata çevirə biləcək. Bu zaman yeni kredit xətti üzrə faiz dərəcəsi illik 20% təşkil edir.

Son xəbərlər

Orphus sistemi