​"Bank VTB (Azerbaijan)"ın səhmdarlarının iclası keçiriləcək

​"Bank VTB (Azerbaijan)"ın səhmdarlarının iclası keçiriləcək Toplantı dekabr ayının sonunda baş tutacaq
Maliyyə
20 Noyabr , 2015 18:23
​Bank VTB (Azerbaijan)ın səhmdarlarının iclası keçiriləcək

Bakı. 20 noyabr. REPORT.AZ/ Bu il dekabrın 29-da "Bank VTB (Azerbaijan)" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Bu barədə "Report"a "Bank VTB (Azerbaijan)"dan məlumat verilib.

Toplantı bankın Bakı şəhəri, Xətai prospekti,38 ünvanında yerləşən baş ofisində saat 11:00-da başlayacaq. İclasın gündəliyinə bankın səhmdarlarının növbədənkənar Ümumı Yığıncağının katibinin seçilməsi, Müşahidə Şurasının tərkibi haqqında məsələlər daxildir.

Qeyd edək ki, "Bank VTB (Azerbaijan)" ASC "VTB Bank" ASC-nin törəmə qurumudur. Bankın səhmdarları qismində "VTB Bank" və "AtaHolding" ASC çıxış edir. "Bank VTB (Azerbaijan)" korporativ biznes, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcə də fiziki şəxslərə xidmət göstərir. Bu gün bank bazarda 14 filial və baş ofis yanında Müştəri Xidmətləri İdarəsi ilə təmsil olunub.

Son xəbərlər

Orphus sistemi