"Bank VTB (Azerbaijan)"ın 5 filialı iş rejimini dəyişib

"Bank VTB (Azerbaijan)"ın 5 filialı iş rejimini dəyişib Bu, paytaxtın mərkəzində yerləşən filiallardır
Maliyyə
10 İyun , 2016 10:39
Bank VTB (Azerbaijan)ın 5 filialı iş rejimini dəyişib

Bakı. 10 iyun. REPORT.AZ/ İyunun 10-dan 21-dək "Bank VTB (Azerbaijan)" ASC-nin bütün mərkəzi filialları yeni iş rejiminə keçib. Yeni qrafikə əsasən, Bakı şəhərinin mərkəzi hissəsində yerləşən Bankın 5 filialı şənbə-bazar və bayram günləri də daxil olmaqla həftənin 7 günü saat 09:00-dan 21:00-dək işləyəcək.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, filialların müvəqqəti olaraq bu iş rejiminə keçidi “Formula-1” Avropa Qran-Prisi zamanı həm yerli müştərilərə, həm də şəhərin qonaqlarına fasiləsiz xidmət göstərmək məqsədi ilə həyata keçirilir.

Yeni iş rejimində müştərilərə Bankın “İçəri Şəhər”, “Sahil”, “Nizami”, “Azadlıq” və “28 May” filialları xidmət göstərəcək.

Bankın bu filialları öz müştərilərinə əvvəl göstərdiyi xidmətləri təqdim etməyə davam edəcək. Bura valyuta mübadiləsi, təcili pulköçürmə sistemi üzrə vəsaitin ödənilməsi və göndərilməsi, mədaxil əməliyyatları, hesabların açılması, plastik kartların sifarişi və verilməsi, ödəmə tapşırıqlarının qəbulu, hesablar üzrə çıxarışların verilməsi, kredit üçün sifarişlərin qəbul edilməsi, məsləhətlər üzrə bütün xidmətlər kompleksi daxildir. 

Son xəbərlər

Orphus sistemi