"Bank ​VTB (Azerbaijan)" filialın iş qrafikini dəyişib

"Bank ​VTB (Azerbaijan)" filialın iş qrafikini dəyişib Filial 12 saatlıq iş rejiminə keçirilib
Maliyyə
17 may 2016 08:16
Bank ​VTB (Azerbaijan) filialın iş qrafikini dəyişib

Bakı. 17 may. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)" ASC müştərilərinin rahatlığı və xidmət keyfiyyətinin artırılması üçün paytaxtdakı filiallardan birini yeni iş qrafikinə keçirib. Artıq Bankın “Azadlıq” filialı 12-saatlıq və 6-günlük iş rejimində işləyir. Yeni iş rejiminə əsasən, filial müştərilərə həftə içi saat 09:00-dan 21:00-dək, şənbə günləri isə 10:00-dan 19:00-dək xidmət göstərəcək.

Yeni formatda “Azadlıq” filialı müştərilərə əvvəl göstərdiyi xidmətləri təqdim etməyə davam edəcək. Bura valyuta mübadiləsi, təcili pulköçürmə sistemi üzrə vəsaitin ödənilməsi və göndərilməsi, mədaxil əməliyyatları, hesabların açılması, plastik kartların sifarişi və verilməsi, ödəmə tapşırıqlarının qəbulu, hesablar üzrə çıxarışların verilməsi, kredit üçün sifarişlərin qəbul edilməsi, məsləhətlər üzrə bütün xidmət kompleksi daxildir.

“Əksər müştərilər məşğul olduqları üçün iş saatlarında banka gələ bilmir. Məhz bunun üçün biz filiallardan birinin iş rejimini uzatmaq qərarına gəldik,” - deyə Bankın İarə Heyətinin sədri Yuri Yakovlev bildirib.

Qeyd edək ki, "Bank VTB (Azerbaijan)" ASC "VTB Bank" ASC-nin törəmə qurumudur. "Bank VTB (Azerbaijan)" ASC-nin səhmdarları "VTB Bank" və “AtaHolding” ASC-dir. Bank korporativ biznes, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcə də fiziki şəxslərə xidmət göstərir. Bu gün bazarda Bank baş ofis yanında Müştəri Xidmətləri İdarəsi də daxil olmaqla 15 filial ilə təmsil olunub.

Son xəbərlər

Orphus sistemi