"Bank VTB (Azerbaijan)" I Avropa Oyunları ərəfəsində xarici qonaqlara xidmət sahəsinə diqqəti artırıb

"Bank VTB (Azerbaijan)" I Avropa Oyunları ərəfəsində xarici qonaqlara xidmət sahəsinə diqqəti artırıb Bank: Bütün bankomatlar kifayət qədər nağd yerli və xarici valyuta ilə təmin olunacaq
Maliyyə
5 İyun , 2015 11:25
Bank VTB (Azerbaijan) I Avropa Oyunları ərəfəsində xarici qonaqlara xidmət sahəsinə diqqəti artırıb

Bakı. 5 iyun. REPORT.AZ/ "Bank VTB (Azərbaycan)" bu ay ölkədə keçiriləcək I Avropa Oyunlarına hazırlaşır. "Report"un Banka istinadən verdiyi xəbərə görə, oyunların keçirildiyi dövrdə Bakı şəhəri çox sayda qonaq qəbul edəcək ki, onlar burada bank xidmətlərindən də yararlanacaq. Bununla əlaqədar olaraq "Bank VTB (Azərbaycan)" öz filiallarında xarici qonaqlara xidmət göstərmək üçün hər cür şərait yaradır.

"Məsələn, "Bank VTB (Azərbaycan)"ın yeni Treninq Mərkəzində müştərilərə xidmət səviyyəsini daha da artırmaq məqsədi ilə bankın əməkdaşları üçün treninqlər keçirilir. Belə ki, Bankın bütün bölmələrində qonaqları peşəkar personal qarşılayacaq və onlara geniş spektrdə bank xidmətlərindən istifadə etməyə kömək edəcək. Filiallarımız kifayət qədər rahat ünvanlarda yerləşdiyi üçün onları tapmaq şəhərin qonaqlarına asan olacaq", - deyə Bankın yaydığı məlumatda bildirilir.

Bankdan, həmçinin qeyd olunub ki, VTB kartı olan xarici qonaqlar bankın bankomat və POS-terminalları vasitəsi ilə əlavə komissiya olmadan əməliyyatlar apara bilər. Bank Bakıda Avropa Oyunlarının keçirilməsi zamanı onların fasiləsiz və dayanıqlı işləməsini təmin edəcək. "Bank VTB (Azərbaycan)"ın bütün bankomatları kifayət qədər nağd yerli və xarici valyuta kütləsi ilə təmin olunacaq.

Son xəbərlər

Orphus sistemi