“Bank VTB (Azerbaijan)”a yeni sədr təyin edilib

“Bank VTB (Azerbaijan)”a yeni sədr təyin edilib Bu vəzifəyə Yevgeni Kirin gətirilib
Maliyyə
4 Aprel , 2017 15:57

Bakı. 4 aprel. REPORT.AZ/ “Bank VTB (Azerbaijan)” ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib.

“Report” Banka istinadən xəbər verir ki, bu vəzifəyə Yevgeni Kirin gətirilib.

O, 15 ildən çox müddətdir ki, bank sahəsində çalışır, müxtəlif maliyyə təşkilatlarında rəhbər vəzifələrdə işləyib, 2010-cu ildən isə “VTB” qrupundadır, Azərbaycana təyinatından öncə “Bank VTB”nin Kursk şöbəsinə rəhbərlik edib.

Y. Kirin 1979-cu ildə Orlov vilayətində anadan olub, “Maliyyə və kredit” ixtisası üzrə Orlov dövlət texniki universitetini bitirib. O. “Maliyyə, pul dövriyyəsi və kredit” ixtisası üzrə iqtisad elmləri namizədidir, Strateji Təşəbbüslər Agentliyi və bir sıra dövlət orqanlarının ictimai şuraları çərçivəsində ictimai fəaliyyətlə məşğuldur. 

Xatırladaq ki, "Bank VTB (Azerbaijan)" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 50,815 mln. manatdır. Bankın səhmlərinin 51%-i "Bank VTB" ASC-yə (Rusiya), 48,99%-i "AtaHolding" MMC-yə, 0,01%-i isə adı çəkilən holdinqin Müşahidə Şurası sədrinin birinci müavini Əşrəf Kamilova məxsusdur.

Son xəbərlər

Orphus sistemi