​“Bank VTB (Azərbaycan)”ın Xırdalanda filialı açılıb

​“Bank VTB (Azərbaycan)”ın Xırdalanda filialı açılıb Filial kiçik və orta biznes sahibkarlarına xidmət göstərəcək
Maliyyə
128
17 Oktyabr , 2014 17:22
​“Bank VTB (Azərbaycan)”ın Xırdalanda filialı açılıb
Bakı. 17 oktyabr. REPORT.AZ/ Bu gün “Bank VTB (Azərbaycan)” ASC-nin Xırdalan şəhərində filialı fəaliyyətə başlayıb. Şəhərin Mehdi Hüseynzadə küçəsi, 2A ünvanında

yerləşən yeni filialı əhaliyə və iş adamlarına geniş çeşidli bank məhsulları təklif edəcək.

Bankdan "Report"a bildirilib ki, filial fiziki şəxslərə, kiçik və orta biznes sahibkarlarına əmanətlər, kreditlər, plastik kartlar, təcili pul köçürmələri, kommunal xidmətlərin ödənişi üzrə xidmət göstərəcək.

Açılış mərasimində “Bank VTB (Azərbaycan)” ASC-nin İdarə Heyəti və Müşahidə Şurasının üzvləri, Bankın təsisçiləri olan “VTB Group” və “Ata Holding”in nümayəndələri, həmçinin Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin iştirak ediblər.

“Biz əminik ki, “Bank VTB (Azərbaycan)” Xırdalan şəhərinin həyatında fəal iştirak edəcək. Filialı açmaqla biz, sürətlə inkişaf edən Xırdalanda istər korporativ müştərilərə, istərsə də əhaliyə ən müasir bank xidmətləri təklif etmək niyyətindəyik”, - deyə Bankın İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib.

Son xəbərlər

Orphus sistemi