​"Bank VTB (Azərbaycan)"ın "Əcəmi" filialı kredit portfelini 7 dəfə artırıb

​"Bank VTB (Azərbaycan)"ın "Əcəmi" filialı kredit portfelini 7 dəfə artırıb Bakı. 1 oktyabr. REPORT.AZ/ Fəaliyyət göstərdiyi üç ilin yekunlarına əsasən, Bank VTB (Azərbaycan) ASC-ninın “Əcəmi” filialının kredit portfelinin ...
Maliyyə
400
1 Oktyabr , 2014 15:30
​Bank VTB (Azərbaycan)ın Əcəmi filialı kredit portfelini 7 dəfə artırıb
Bakı. 1 oktyabr. REPORT.AZ/ Fəaliyyət göstərdiyi üç ilin yekunlarına əsasən, Bank VTB (Azərbaycan) ASC-ninın “Əcəmi” filialının kredit portfelinin həcmi 34 mln. manatı ötüb. Təkcə son bir il ərzində filialın məcmu kredit portfeli 45% artıb. Bu barədə “Report”a "Bank VTB (Azərbaycan)"ın mərkəzi ofisindən məlumat verilib.

Bankdan bildirilib ki, 30 sentyabr 2011-ci il tarixində fəaliyyətə başlayan “Əcəmi” filialı "Bank VTB (Azərbaycan)"ın ilk filialıdır. Ötən ilin əvvəlindən etibarən filialın fəaliyyətində sürətli inkişaf dinamikası müşahidə olunur ki, həmin dövrdən etibarən filialın müştəri bazası sürətlə genişlənib, filiala pərakəndə müştərilərin cəlb edilməsi istiqamətində yüksək nəticələr əldə edilib. Təkcə son iki ildə filial kredit portfelinin 7 dəfə artmasına nail olub. Həmin dövr ərzində müştərilərin sayı 6 dəfə artıb və 4 min nəfərə çatıb. Nəticədə, pərakəndə kredit portfelinin həcmi 95% artaraq 33 mln. manata, kiçik biznes üçün kreditlərin həcmi isə 1,6 mln. manata çatıb.

Yaradılmasının 3-illiyi ərəfəsində “Əcəmi” filialı yeni “İpoteka” məhsulunu təklif etməyə başlayıb və artıq bu məhsula əhali tərəfindən böyük maraq göstərildiyi deyilir. Yeni məhsulun daha da uğurlu tətbiqi üçün artıq tərəfdaş tikinti şirkəti ilə birlikdə yeni ev alıcılarının kreditləşdirilməsi istiqamətində fəal iş aparılır.

Son xəbərlər

Orphus sistemi