“Bank Technique”: mövcud şəraiti nəzərə alaraq xərclərin optimallaşdırılması həyata keçirilir

“Bank Technique”: mövcud şəraiti nəzərə alaraq xərclərin optimallaşdırılması həyata keçirilir “Bank Technique” son vaxtlar fəaliyyəti barədə yayılan xəbərlərə münasibət bildirib
Maliyyə
2 Avqust , 2015 09:41
“Bank Technique”: mövcud şəraiti nəzərə alaraq xərclərin optimallaşdırılması həyata keçirilir

Bakı. 2 avqust. REPORT.AZ/ “Bank Technique” son vaxtlar kütləvi informasiya vasitələrində fəaliyyəti barədə yayılan xəbərlərə münasibət bildirib.

"Report" xəbər verir ki, məsələ ilə bağlı bankdan verilən açıqlamada qeyd olunur ki, sözü gedən fikirlərin heç bir əsası yoxdur.

"Bununla əlaqədar olaraq bildiririk ki, “Bank Technique” mövcud şəraiti nəzərə alaraq xərclərin optimallaşdırılmasını həyata keçirir. Həmçinin son dövrlərdə notariat kontorları və Bakı Metropoliteni ilə əməkdaşlığın dayandırılması ilə əlaqədar, Bank həmin müəssislərlə işləyən strukturlarında bir sıra ixtisarlar aparmışdır", - deyə bankdan bildiriblər.

“Bank Technique” bəyan edir ki, üzləşdiyi çətinliklərə rəğmən, öz fəaliyyətini davam etdirir və yaxın gələcəkdə müştərilərinə daha yüksək səviyyədə xidmət göstərmək əzmindədir.

Son xəbərlər

Orphus sistemi