"Bank Technique"in departament direktoru istefa verib

"Bank Technique"in departament direktoru istefa verib Bankın baş direktoru, departament direktoru Kamran Axundov istefa verib
Maliyyə
24 Avqust , 2015 12:06
Bank Techniquein departament direktoru istefa verib

Bakı. 24 avqust. REPORT.AZ/ "Bank Technique" ASC-nin baş direktoru, Biznesin inkişafı Departamentinin direktoru Kamran Axundov öz xahişi ilə işdən azad olunub. Bu barədə "Report"a Bankın PR və marketinq şöbəsindən məlumat verilib. 

Bankdan bildirilib ki, K.Axundov bu gün istefa verib və hələlik onun yerinə yeni təyinat yoxdur.

Qeyd edək ki, K.Axundov 2005-2012-ci illərdə Azərbaycan Beynəlxalq Bankında xidmət bölməsinin mütəxəssisi vəzifəsindən Pərakəndə biznes Departamenti, “ABB-Premyer” müştəri xidmətlərində rəhbər müavini vəzifəsinədək yüksəlib. O, 2012-ci ilin iyun ayından “Bank Technique”də çalışıb və bugünədək baş direktor, departament direktoru vəzifəsini tutub.

Son xəbərlər

Orphus sistemi