Yeni xidmət müştərilərə “Azericard” Prosesinq Mərkəzində xidmət olunan bankların “Cash-in” funksiyalı bankomatlarından (hazırda Azərbaycan Beynəlxalq Bankı və “Bank Respublika”) istifadə edərək, kart balansını artırmağa imkan yaradır.
“Bank Technique” kartının balansını artırmaq üçün yuxarıda qeyd edilən bankların “Cash-in” funksiyalı bankomatlarına yaxınlaşaraq, “Cash to card” funksiyasını seçib, kartın nömrəsini daxil edib, nağd vəsaiti xüsusi slota daxil etmək lazımdır. Qeyd edək ki, xidmət pulsuzdur və əlavə komissiya tələb etmir.
Nağd vəsaiti Azərbaycan manatı, həmçinin ABŞ dollarında olan kart hesablarına köçürmək mümkündür. Köçürülmüş vəsait dərhal kartın balansında əks edilir və həmin dəqiqə ondan istifadə etmək mümkündür. Bundan əlavə, kartın balansı digər şəxslər tərəfindən də artırıla bilər, çünki əməliyyat bank kartı olmadan da həyata keçirilir. Qeyd edək ki, balansın artırılması 24x7 rejimində aparılır.