​"Bank Standard" müsabiqə elan edib

​"Bank Standard" müsabiqə elan edib Tenderlə bağlı sənədlərin qəbulu iyulun 9-dək davam edəcək
Maliyyə
829
10 İyun , 2015 15:59
​Bank Standard müsabiqə elan edib

Bakı. 10 iyun. REPORT.AZ/ "Bank Standard" QSC korporativ vebsaytının ən yaxşı dizaynı üçün tender elan edib. Bu barədə "Report"a bankın mərkəzi ofisindən məlumat verilib.

Məlumata görə, tenderin müddəti iyulun 9-na qədər olan dövrü əhatə edir. Satınalma əməliyyatında iştirak etmək istəyən şəxslər və ya şirkətlər 2 səhifəlik nümunə əsasında saytın dizaynını, saytın mobil versiyasının maketini və interaktivin təsnifini göndərməlidirlər.

Müsabiqədə iştirak etmək istəyənlər müraciətlərini özləri haqqında məlumatları portfolio ilə birlikdə bankın [email protected] elektron poçt ünvanına göndərməlidir.

Son xəbərlər

Orphus sistemi