“Bank Standard”ın kreditorları bankın maliyyə vəziyyətinin pisləşməsi ilə bağlı araşdırma aparmaq istəyir

“Bank Standard”ın kreditorları bankın maliyyə vəziyyətinin pisləşməsi ilə bağlı araşdırma aparmaq istəyir Bu barədə qərar bağlanmış bankın Kreditorlar Komitəsinin bugünkü iclasında qəbul edilib
Maliyyə
24 May , 2017 18:34
“Bank Standard”ın kreditorları bankın maliyyə vəziyyətinin pisləşməsi ilə bağlı araşdırma aparmaq istəyir

Bakı. 24 may. REPORT.AZ/ Ləğvetmə prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsi Bankın son bir neçə ildəki fəaliyyəti ilə bağlı maliyyə hesabatlarının əldə olunması üçün Azərbaycan Mərkəzi Bankına, eləcə də Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edəcəklər.

“Report”un məlumatına görə, bu barədə qərar komitənin bugünkü iclasında qəbul edilib.

Kreditorlar həmçinin bağlanmış banklardan əldə oluna vəsaitdən kompensasiya ödənilməsi zamanı növbəliliyin dəyişdirilməsi üçün təklif hazırlamağa, onu ölkə rəhbərliyinə təqdim etməyə qərar veriblər. 

Qeyd edək ki, Kreditorlar Komitəsinin növbəti iclası iyunun 23-də, saat 15:00-da keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi