"Bank Standard"ın Kreditorlar Komitəsinin növbəti iclası keçirilir

"Bank Standard"ın Kreditorlar Komitəsinin növbəti iclası keçirilir Kreditorlar ADIF-in icraçı direktorunun müavini Vüqar Abdullayevin iclasda olmamasından narazılıq ediblər
Maliyyə
20 Oktyabr , 2017 15:24
Bank Standardın Kreditorlar Komitəsinin növbəti iclası keçirilir

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bu gün ləğvetmə prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin növbəti iclası keçirilir.

“Report” xəbər verir ki, toplantı Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Bakı şəhəri, Xətai rayonu, Babək prospekti,16 ünvanında yerləşən inzibati binasında təşkil olunub.

İclasda Komitənin sədri, hüquqşünas Əkrəm Həsənov, “Bank Standard”ın, təxminən, 40 kreditoru, eləcə də ADIF-in əməkdaşları iştirak edirlər.

Proses başlayan kimi kreditorlar ADIF-in icraçı direktorunun müavini Vüqar Abdullayevin burada olmamasından narazılıq ediblər: “Ondan əvvəl işləyən Azad Cavadov heç olmasa bir dəfə bura gəlmişdi”.

Ə.Həsənov bu məsələdə kreditorlarla həmfikir olduğunu bildirib: “Mən də Vüqar Abdullayevə müraciət etmişəm ki, burada iştirak etsin. Amma deyib ki, vaxt çatışmazlığı ilə əlaqədar iştirak edə bilmirəm".

Son xəbərlər

Orphus sistemi