“Bank Standard”ın kredit portfelinin 60%-i təminatsızdır

“Bank Standard”ın kredit portfelinin 60%-i təminatsızdır Ləğvetmə prosesində olan “Bank Standard”ın kredit portfeli martın sonuna 747 mln. manat olub
Maliyyə
1857
28 Aprel , 2017 15:29
“Bank Standard”ın kredit portfelinin 60%-i təminatsızdır

Bakı. 28 aprel. REPORT.AZ/ Ləğvetmə prosesində olan “Bank Standard” QSC-nin kredit portfeli bu il martın sonuna 747,4 mln. manat təşkil edib.

“Report”un məlumatına görə, bu barədə bankın Kreditorlar Komitəsinin ilk iclasında Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov məlumat verib.

Onun sözlərinə görə, bu kreditlər 24 026 fiziki və hüquqi şəxsə verilib: “Bank Standard”ın işlək kreditlərinin həcmi 40,5 mln. manatdır ki, bunun da 33,3 mln. manatı təminatlı kreditlərdir. Qeyri-işlək kreditlər isə 707 mln. manatdır. Bunun isə 271,2 mln. manatı təminatlı kreditlərdir. Ümumilikdə, təminatsız kreditlər 442,9 mln. manatdır”.

A.Cavadov onu da əlavə edib ki, audit şirkətlərinin rəyinə əsasən, kreditlərdən əldə olunması ehtimal edilən likvid vəsait 112,3 mln. manat olacaq. Bankın satıla biləcək əmlakının dəyəri isə təxminən 46 mln. manatdır. Bunun da 31 mln. manatlıq hissəsi Azərbaycan Mərkəzi Bankında girovdadır.

Son xəbərlər

Orphus sistemi